Aktual

Ukraynadakı müharibə Moskvada fahişəlik bazarına da təsir edib

Ukraynadakı müharibə Moskvada fahişəlik bazarına da təsir edibbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın seksual xidmətlər bazarında Moskva ilə Kiyev arasında hərbi münaqişə və sanksiyalarla bağlı dəyişikliklər qeydə alınıb.
“Moskovski komsomolets” nəşrinin yazdığına görə, bazarın bütün iştirakçıları öz abunəçilərinə “uğurlu “İnstaqraməvəzetmə” barədə “məlumat verib”. Buraya “gecə güvələri”nin blok edilən və ya müstəqil şəkildə ideoloji mülahizələrə görə (Qərbin qısa zamanda seksual görüşlər üçün əlavələri) Runetdən (rusdilli internet) ölkə resurslarına əlverişli keçid edənlər aiddir.
“Sevgi kahinləri” xidmət tariflərini də dəyişib. Nəşrin məlumatına görə, bir saatlıq xidmətlər ən azı 40 000 rubl (təxminən 660 manat) təşkil edir.
“Bu gün kimin buna gücü çatacaq? Bu pulların müqabilində qızlar hansı hoqqalardan çıxacaq? Axı, abırlı qadın üçün bu məbləğə adi cinsi əlaqə təklif etmək ayıb olar!”, –
“Moskovski komslmolets”də dərc edilən məqalədə belə deyilir.
“Qiymətlər iqtisadiyyatın bütün qanunlarına uyğun formalaşıb. Hələ iki həftə əvvəl mən iclas keçirib qiymətlərin artırılmasına dair sorğu keçirmişəm. Və o zaman qızların əksəriyyəti qiymətlərin artırılmasının əleyhinə səs verib. Çünki daimi müştərilərini itirmək istəmirlər. Onda biz qiymətləri dondurmaq qərarını verdik. Bəzi qızlar dərhal bu biznesdən gedəcəyini bildirib. Guya ki, qiymətlərə görə yox, sadəcə, həvəsdən düşdüklərinə görə…Bir həftə əvvəl isə növbədənkənar müşavirə keçirib, qiymət siyasətinə münasibətlərini dəyişmək qərarını veriblər. Lakin aydındır ki, müştəri gedir! Bilirsiniz, kimə belə xidmət lazımdırsa, o, bunun üçün hər zaman vəsait axtarıb tapacaq”, – məqalədə bazar iştirakçılarından birinin şərhində belə deyilir.
Onun sözlərinə görə, bazarın bu seqmenti həmçinin iqtisadiyyatda dəyilişikliklərə reaksiya verir.
“Bazarımız digər bazarlar kimi iqtisadiyyatda dəyişikliklərə reaksiya verir. Ticarətdə bəzi brendlərin getdiyi kimi, əməkdaşlıq etdiyimiz qadınlarımızın Qərb istehsalçısına meylli bir hissəsi bizimlə işləməkdən imtina edib. Eskortun ən bahalı seqmenti olan “modellər” çıxıb gedib. Şəxsən mənim himayəmdə olan qadınlar Dubayda, Londonda və Praqada əzmlə çalışır, kimisi fərqi qaydada, kimisi də ən bahalı müəssisələrin damı altında. Ona görə də mən onlara görə arxayınam, ölkəmizdə yaranan boşluqları isə həmişə olduğu kimi başqa qızlar tutub”, – nəşrin həmsöhbəti qeyd edib.
Məqalədə “sevgi kahinləri”nin Moskvadan olan daimi müştərisi, 45 yaşlı kişinin tarixçəsindən danışılır: “Birincisi, mən vəziyyəti anlayıram və hansı bizneslə məşğul olmasından asılı olmayaraq, hamıya hörmətlə yanaşıram. İkincisi, mən öz qadınımı çoxdan tanıyıram və biz razılığa gəlmişik. O, mənə güzəşt edib, amma ödənişi kriptovalyutada etmək şərtilə. Kriptovalyuta barədə yenicə eşitdiyindən o, kripto- pul kisəsi əldə edib, ondan istifadəni öyrənib və s. Bu da bahalı xidmətdir, ona görə də qiymətin yarısını barter “udub”. Mən ona xırda- xuruş “bitkoin- satoşilər” (kriptovalyutanı icad edən yaponiyalı Satoşi Nakamoto) verirəm, o da mənə…özünüz başa düşürsünüz, yəqin, nələri təklif edir”…
“Sevgi kahinləri” ilə müştərilər arasında vasitəçilərdən biri izah edir ki, “rublun indiki vəziyyətində kriptovalyutaya keçmək ən ağıllı qərardır.
Seksual xidmətlərdən qazanan qızlardan biri jurnalistə belə izah edib:
“Dünyada indi elə narahatlıq hökm sürür ki, öz halalca gəlirini kriptovalyutada saxlamaq daha etibarlıdır! Sivil dünyada kripta çoxdandır ki, ən adi hesablaşmaq üsuludur. Məsələn, Dubayda hər addımda kriptovalyuta bankomatlarına rast gələ bilərsən, yaxınlaş, nağd pulunu götür. Kripto- pul kisəsini oğurlamaq, ödəniş sistemindən ayırmaq mümkün deyil, hansı ölkədə, hansı ictimai quruluşda, hansı dildə danışan cəmiyyətdən və yerli pullardan asılı deyil”.