Bəzən buraxılan adi bir səhv, yaxud kiçik bir diqqətsizlik böyük hadisəyə səbəb olur. Xüsusilə mətbuatda yol verilmiş xətanın səs-küyü, qalmaqalı daha böyük miqyas alır, bir hərfin yerində olub-olmaması ağlasığmaz hadisələrlə nəticələnir.
Adətən mətbuatda buraxılan səhvlər daha çox ictimai qınaqla üz-üzə qalır, sonralar isə hətta yumora çevrilir. Amma həmişə yox.
Mətbuat tarixində elə hadisələr baş verib ki, sonda milyonlarla insan həmin hadisənin sonluğunun faciə ilə bitdiyinin canlı şahidi olublar. Qəzetdə gedən yazılar korrektorun, müəllifin, şöbə müdirinin, məsul katibin, baş redaktor müavininin, baş redaktorun və nəhayət, məsul növbətçinin, sonda isə “qlavlit”in gözünün altından keçməsinə baxmayaraq, böyük problemlər yaradan kiçik səhvlər bəzən diqqətdən yayınıb. Bu diqqətsizliyin fəsadları isə fərqli olub, töhmət, müəyyən müddətə mükafatlardan məhrum olmaq, işdən azad edilmək və s. Amma 1944-cü ildə “Pravda Vostoka” qəzetində buraxılmış səhv bötöv bir redaksiyanın əməkdaşlarının güllələnməsi ilə nəticələnib.