Maraqlı

103 yaşlı amerikalı qadın uzunömürlülüyün sirrini açıqladı…

103 yaşlı amerikalı qadın uzunömürlülüyün sirrini açıqladı…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən bazar günü, martın 27- də, 103 yaşını qeyd edən amerikalı qadın özünün uzunömürlülüyünün səbəblərini açıqlayıb və gənc nəsilə dəyərli məsləhət verib.

 

Moderator.az xəbər verir ki, bu barədə “KLFY- TV” nəşri yazıb.
ABŞ- ın Vaşinqton şəhərindən olan Matilda Terner Komo uzun illər öz əri ilə fermada işləyib. Onlar birlikdə beş oğul və iki qız övladı tərbiyə edib, həmçinin həmişə başqa valideynlərə də kömək etməyə can atıblar.
Qadının fikrinə görə, uşaqların təhlükəsiz və sağlam mühitdə yaşaması üçün toplum bütövlükdə onlara qayğı göstərməli və bir- birilə pozitiv şəkildə qarşılıqlı əlaqədə olmalıdır.
Ona görə də o, həmişə yad insanların da övladlarının qayğısına qalıb. Yeri gəlmişkən, Matildanın ailəsində digər qadınlar da kifayət qədər uzun ömür sürüb: anası 85, doğma bacısı isə 90 il yaşayıb.
“News 10” kanalı 99 yaşından bəri hər il uzunömürlü qadınla görüşür. 103- cü doğum gününə həsr edilmiş müsahibəsində o, özünün fikrinə görə, belə uzun ömür yaşamasına imkan verən başlıca həyati prinsipləri ilə bölüşüb.
“Mən hər şeydə, o cümlədən məni belə uzun ömür yaşamağa imkan verən Allaha etibar etmişəm”, – Matilda deyib. – Mən öz övladlarımı işıqlı insan olmağın nə demək olduğunu və başqaları ilə necə ünsiyyətdə olmağı öyrətmişəm. Bu, anamın mənə göstərdiyi münasibət kimidir”.
Uzunömürlü qadın həmçinin jurnalistlərdən indiki gəncliyə bir neçə sözlərini çatdırmağı da xahiş edib.
“Mən gənclərə yaxşı insan olmağı, pis şeylər etməkdən və bir- biri ilə dalaşmaqdan çəkinməyi məsləhət görərdim”, – o, belə deyib
Matilda hesab edir ki, başqalarına necə münasibət göstərəcəksənsə, həyat da sənə elə münasibət göstərəcək.
“Xoşagəlməz şeylərdən uzaq durun və çalışın düzgün hərəkət edəsiniz”, – qadın əlavə edib