Neft qiymətlərinin yüksək olması səbəbindən Azərbaycan manatının məzənnəsinin sabit qalacağı proqnozlaşdırılır.
Visiontv.az xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni “Asian Development Outlook 2022” hesabatında bildirilir.
“Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən uçot dərəcəsinin 2022-ci ilin ortalarınadək dəyişməyəcəyi və yaxud inflyasiya təzyiqlərinin möhkəmlənməsinə cavab olaraq qaldırılacağı gözlənilir, hərçənd ki, inflyasiya 2-6% hədəf aralığında qərarlaşdığı təqdirdə, monetar siyasət yumşaldıla bilər”, – hesabatda deyilir.
AİB qeyd edir ki, AMB depozit hərracları və notların buraxılışları vasitəsilə yerli valyutada izafi likvidliyin sterilləşdirilməsi, tədavüldə olan valyutanın məbləğinin nəzarət altında saxlanması və manatın məzənnəsinin azalmasına səbəb ola bilən təzyiqlərin tənzimlənməsi yolu ilə pul bazarına müdaxilələrini davam etdirəcək.
Xatırladaq ki, manatın dollara qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlanıb. Uçot dərəcəsi hazırda 7,75%, faiz dəhlizinin aşağı həddi 6,25%, yuxarı həddi isə 9,25% təşkil edir. 2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri ortaillik müqayisədə 12,2% artıb. Ötən il Azərbaycanda ortaillik inflyasiya isə 6,7% təşkil edib.
Follow @7timesaz