Ölkə

“Köhnə məmurların gözü daha tox idi” – DEPUTAT

“Köhnə məmurların gözü daha tox idi” – DEPUTATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Neft və qaz sektorundan başqa digər sahələrə xarici investisiya cəlb edilməsi geniş deyil”.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında çıxış edən deputat Fazil Mustafa deyib.

Deputat “İnvestisiya fəaliyyəti haqqında” Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı investisiya mühitinin yaxşılaşdırılmasına diqqət çəkib:

“Qanun məsələsini həll etməmişdən əvvəl mühit problemini həll etməliyik. Şəffaf mühit yaradılması çağırışların təşəbbüslərin faydası olmaz. Hərə bir qapını əli ilə tutub ki, bura mənimdir. Korrupsiya ilə bağlı addımlar atılır, amma korrupsiya azalmır. Çünki köhnə məmurlar korrupsiyaya alışıblar. Amma onların gözü yenilərdən daha tox idi”.