Aktual

Dünyada ərzağın qiyməti rekord həddə BAHALAŞIB

Dünyada ərzağın qiyməti rekord həddə BAHALAŞIBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Mart ayında dünyada ərzaq məhsullarının qiymətləri 1990-cı ildəki rekord səviyyəyə çatıb.

Modern.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb.

“2022-ci ilin mart ayında FAO Ərzaq Qiymətləri İndeksi fevral ayı qiymətindən 17,9 bənd və ya 12,6 faiz artaraq 159,3 bənd təşkil edib və bu, 1990-cı ildən görünməmiş artım nəticəsində indiyədək ən yüksək səviyyəyə çatıb”, – məlumatda deyilir.

Bildirilir ki, bu artım bitki yağlarının, dənli bitkilərin və ətin rekord qiymət artımı, həmçinin şəkər və süd məhsullarının maya dəyərinin xeyli artması ilə bağlıdır.

Məlumata görə, bitki yağının qiymət indeksi fevral ayı ilə müqayisədə 23,2 faiz və ya 46,9 bənd artaraq 248,6 bənd təşkil edib. Günəbaxan, palma, soya və raps yağlarının qiyməti artıb.

Süd məhsulları da bahalaşıb, onun qiymət indeksi martda 2,6 faiz, taxılın qiymət 17,1 faiz bahalaşıb. Eyni zamanda, buğda (19,7 faiz) və yem bitkilərinin (20,4 faiz) də qiyməti qalxıb. Artım, ilk növbədə, münaqişə nəticəsində Ukraynadan və daha az dərəcədə Rusiyadan ixracatda yaranan fasilələrlə bağlıdır.

Ət rekord qiymətdə – 120 bənd bahalaşıb. Mart ayında donuz ətinin qiymətlərində 1995-ci ildən bəri ən sürətli aylıq artım qeydə alınıb ki, bu da Qərbi Avropada mal-qaranın azalması və Pasxa bayramı ərəfəsində daxili tələbatın kəskin artması ilə izah olunur.