Aktual

Zaxarova: “Ukrayna borşun reseptini də bizə vermək istəmir”

Zaxarova: “Ukrayna borşun reseptini də bizə vermək istəmir”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ukrayna borşu haqda danışıb.

Demokrat.az xəbər verir ki, Zaxarova borşun reseptini onlara verməyən Ukraynanı tənqid edib:

“İlk növbədə etnik mənsubiyyət və mədəniyyətlə bağlı olan hər şey, hətta yemək bişirmək haqqında kitablar da qadağan edilib. Niyə? Çünki borşu bölüşmək olmazdı. Borş kiməsə, hansısa birinə məxsus olmalıdır. Hansısa bir xalqa, bir millətə”, – Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi hiddətlə deyib.

Zaxarova bunu “ksenofobiya” və “nasizmin” təzahürü adlandırıb.

“Bəs o ümumi ola bilməzdimi ki, hər şəhərdə, hər bölgədə hər evdar qadın onu öz qaydasında bişirə bilsin? Xeyr. Onlar güzəştə getmək istəmirlər. Baxın, elə bizim dediyimiz də budur: ksenofobiya, nasizm, bütün formalarda ekstremizm”, – Zaxarova bildirib.