Yeni tədqiqatın nəticəsinə görə, Yer peykinin tərəfləri arasında fərq qədim nəhəng zərbə ilə bağlıdır. Ayın görünən üzü onun Yer ətrafında dövr etməyən hissəsindən çox fərqlənir.
Metbuat.az xəbər verir ki, Yer peykinin bizə görünən tərəfində Ay dənizləri – qədim lava axınlarının qalıqları olan tünd ləkələr üstünlük təşkil edir.
Peykin əks tərəfində isə çoxsaylı krater mövcuddur. Yəni praktik olaraq Ay dənizləri yoxdur. Alimlər uzun illərdir ki, Ayın iki tərəfinin niyə fərqli olduğunu izah etməyə cəhd göstərirlər.
İndi onların yeni fərziyyəsinə görə, bu, Ayın cənub qütbündə milyard illər bundan əvvəl baş verən nəhəng zərbə ilə bağlıdır.
Follow @7timesaz