ABŞ-da qəribə 10 seks qadağası. Prezervativlərə görə həbs cəzası, seks oyuncaqlarına qadağa və hətta xəyanətə görə həbs – bütün bunlar tamamilə qanunidir. Dünyanın müxtəlif ölkələrində cinsi əlaqəyə və onun nəticələrinə görə verilən ən qəribə cəzalar hansılardır?
Evlilikdən kənar cinsi əlaqə
Corciya və Virciniya ştatları nikahdan kənar münasibətləri tanımır. Eyni şey Massaçusetsə də aiddir: cərimə 30 dollar və üç aylıq həbs. Virciniya Universitetinin statistikasına görə, orta statistik evli amerikalı evlənməzdən əvvəl beş fərqli partnyorla cinsi əlaqədə olub. Bir sözlə, cinayətkarlar ölkəsi!
Xəyanət
Biz heç vaxt bunun pis və ya yaxşı olduğunu mübahisələndirməmişik – amma bunun da qanunsuz olduğunu bilirdinizmi? Viskonsin ştatında xəyanətə görə üç il içəridə otura bilərsiniz: orada birinci dərəcəli cinayət hesab olunur. Corciya və Virciniya ştatlarında da eyni qayda keçərlidir.
Söyüş söymək
Hər qız dirty talk (ağır sözləri) sevmir. Bununla belə, Miçiqanlı qızlara seçim imkanı verilməyib: orada qadının qarşısında çap olunmayan əxlaqsız sözlərin işlədilməsi cinayət sayılır.
Anal seks
ABŞ Ali Məhkəməsi öz vətəndaşlarının hər cür cinsi əlaqə hüququnu müdafiə edir. Amma: 12 ştatda hələ də anal seksi insan təbiətinə qarşı cinayət hesab edən qanunlar mövcuddur (və bəzi yazılarda bu əməl heyvaniliklə eyniləşdirilir).
Sex oyuncaqlar
Ərəblər içki içmək üçün bizə gəldiyi kimi, Alabama ştatının sakinləri də seks oyuncaqları üçün qonşu ölkələrə gedirlər: Alabama ştatında insan cinsi orqanlarını stimullaşdırmaq üçün nəzərdə tutulmuş cihazların satışı qanunsuzdur. Qanunda belə də yazılıb!
Birgə yaşayış
Miçiqan ştatında “vətəndaş nikahı” dediyimiz (birgəyaşayış) əlçatmaz bir lüksdür! Bu, bir il həbs və 1000 dollar cərimə deməkdir.
Açıq pərdələrlə cinsi əlaqə
Viskonsin ştatının nizamnaməsi anal seksi cinayət hesab etməsə də, ancaq sevgililərin sevişərkən başqa insanlara görünməyini böyük cinayət hesab edir.
Pozğun rəsmlər
Yenidən Viskonsin: “Kim ictimai yerlərdə pozğun və ya ədəbsiz şeylər nümayiş etdirməklə, bu mövzuda rəsm çəkməklə məşğuldursa, üçüncü dərəcəli cinayətdə təqsirkardır”. Yaradıcılığa yer yoxdur!
İctimai yerdə azadlıq
Miçiqan ştatının qanunları ictimai yerlərdə “açıq şəhvət” nümayişini qadağan edir (hətta kişinin evli olması onu cəzadan xilas etmir).
Follow @7timesaz