Alimlər gənc kişilərdə impotensiyanın qəribə səbəbini aşkar ediblər. Son zamanlar sexoloqlar gənclər arasında erektil funksiyanın pozuntu hallarının çoxaldığını aşkar etmişlər. İlk baxışdan bu yaş kateqoriyasında hər şey ideal olmalıdır. Lakin, yeni araşdırmalar xoşagəlməz tendensiyanın səbəblərini müəyyən etmişdir.
Olduqca gözlənilməz mənzərədir. Bu günə qədər gənc oğlanları tamami ilə fərqli məsələlər narahat edirdi: spontan ereksiya, vaxtından əvvəl boşalma, gözlənilməz emissiya və s.
Lakin, son on il ərzində gənclər həkim qəbuluna fərqli səbəblərdən müraciyət edirlər. Beləki, 35 yaşa qədər 21% avropalı kişi öz partnyorları ilə cinsi əlaqədə olan zaman ereksiya problemləri ilə qarşılaşırlar.
Aydın məsələdir ki, bundan təşvişə düşən həkimlər geniş miqyaslı araşdırmalar aparmağı qərarlaşdırırlar. İnternetdə elan yerləşdirilərək 4 000-ə yaxın könüllü işə cəlb edilir. Bundan sonra gənclərə spirtli içki qəbulu və ereksiya problemləri ilə bağlı tibbi sorğu testi təqdim edilir. İstənilən halda gənc yaşlarında normadan artıq spirtli içki qəbulu ereksiya problemlərinin yaranma səbəbləri arasında ən önəmli səbəb hesab edilir. Lakin, gedişat zamanı içki ilə bağlı sorğu siyahıdan çıxarılıb. Mütəxəsislərin fikrincə son 10 il ərzində gənclərin içkiyə aludəçiliyi ilə bağlı ciddi fərq müəyyən olunmamışdır.
Uzun müddətli analizlərdən sonra əldə edilən nəticələrə görə gənclər son zamanlar porno videoları izləməyi çoxaltmışlar. Nəticədə həkimlər həqiqətəndə ereksiya problemləri ilə porno filmlər arasındakı əlaqəni yoxlamağa başlayıblar.
Bu səbəbdən də könüllülərə bu kimi videoları izləyib-izləmədikləri ilə bağlı anket sual kitabçaları paylanılmışdır.
Nəticələrə görə demək olar ki, ereksiya problemləri ilə rastlaşan bütün gənc kişilərin pornoqrafiya asıllığı mövcutdur. Buna baxmayaraq, problemin səbəbi masturbasiya ilə bağlı deyil. Öz fantaziyalarını işə salaraq masturbasiya edənlər ereksiyadan şikayət etməmişlər. Hazır məhsula baxmaq isə işləri qəlizləşdirmişdir. Eyni zamanda aktiv şəkildə video sevənlər real həyatda həvəssizliklə üzləşmişlər.
Mütəxəsislərin fikrincə bu halda problemlərin ilkin səbəbi gözləntilərlə bağlı məyus olmaqdan ibarətdir. Pornokontent gəncləri sexin rahatlığına inandırır. Onlarda qadınlarla bağlı standart addımlar atamağı aşılayır. Təəsüf ki, real həyatda bu kimi yanaşmalar işə yaramır. Bu səbəbdən də, onlar ekrandan kənar özlərini rahat hiss etmir və yetərincə ehtiraslanmırlar.
Bir sözlə, real qadınla sex yaşamaq istəyən insan bacardıqca porno filmlərdən uzaq durmalıdır.
topMister
Follow @7timesaz