Ölkə

“Azərbaycan KTM üçün alternativ bazar axtarmalıdır”-Azər Badamov

“Azərbaycan KTM üçün alternativ bazar axtarmalıdır”-Azər Badamovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Azərbaycanın qeyri-neft ixracında ilk yeri tutmaqla ölkəmizin kənd təsərrüfatı məhsullarının, xüsusilə də meyvə-tərəvəzin əsas alıcısıdır. Hazırda Rusiya –Ukrayna arasında gedən münasibətlər bir çox sahəyə təsir etdiyi kimi, bu sektora da təsirsiz ötüşməyəcək. Belə ki, müharibə səbəbilə Rusiyaya tətbiq edilən sanksiyalar nəticəsində rublun kəskin şəkildə ucuzlaşması bu ölkəyə ixrac olunan məhsullara da təsirini göstərəcək. Çünki, Rusiya bazar qiymətlərini sabit saxladıqca Azərbaycandan ixrac olunan femer məhsullarının qiyməti də ucuzlaşır. Bu baxımdan digər çıxış yolları axtarılmalıdır.
Bu mövzu ilə bağlı 7Times.az saytına aşıqlama verən millət vəkili Azər Badamov bu istiqamətdə ən optimal çıxış yolunun alternativ bazar axtarmaq olduğunu söylədi.

“Azərbaycanın iqtisadyyatının diversifikasiyasında Rusiya bazarlarının əhəmiyyəti böyükdür. Əfsuslar olsun ki, bu gün Rusiya-Ukrayna arasındakı gərginlik bir sıra ölkələrin Rusiyaya sanksiyalar qoyması ilə nəticələnmişdir. Rus rublunun kəskin ucuzlaşması ixrac olunan məhsullara öz təsini mütləq göstərəcək. Qiymət bahalaşması olmasa kəndlinin rusiya bazarından gəlir əldə etməsi imkansızdır.Buna görə də ənənəvi bazarların risk altında olmasını nəzərə alaraq alternativ bazarlar axtarmaq lazımdır. Alternativ bazarlar isə Avropa və digər ölkələrin bazarlarına çıxış imkanlarıdır.Belə olan halda məhsulların ixracı ilə bağlı problemlər yaşanmayacaqdır. ”

Təbii ki, bütün bunlarla yanaşı dövlət tərəfindən atılan addımlar da ölkəmizdə istehsal olunan məhsulların ixracına təkan verməlidir. Bu istiqamətdə görülən işlərdən danışan millət vəkili Azər Badamov qeyd edib ki, hazırda məhsulların dünya bazarlarında tanıdılması alternativ bazarlara çıxışın təmin edilməsində ən yaxşı üsuldur.

“Dövlət tərəfindən müəyyən sərgi və yarmarkaların təşkili, eyni zamanda qeyri-neft məhsullarının xarici sərgilərdə iştirakı-tanıdılması məhsullarımızın çıxarıldığı bazar sferasını genişləndirəcəkdir. Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının sərgilənməsi buradaki iş adamlarının marağının artırılmasına səbəb olmaqla yanaşı məhsulların bazarlarda tanıdılmasına və satışına şərait yaradacaqdır.Bu səbəbdən ticarət sərgilərinin keçirilməsi mühüm əhəmiyyət kəsb edir.”
Millət vəkili qeyd edir ki, bu gün Azərbaycanın bir neçə ölkədə ticarət nümayəndəliyi fəaliyyət göstərir, hansı ki, bu nümayəndəliklərin şəbəkəsinin genişləndirilməsi də bu istiqamətdə atılan mühüm addımlardan olacaqdır.

Rəna İbrahim

7Times.az