Maraqlı

Putin və Kabayevanın gizli uşaqları haqqında ŞOK MƏLUMAT

Putin və Kabayevanın gizli uşaqları haqqında ŞOK MƏLUMATbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı gimnast Alina Kabayeva Rusiya prezidenti Vladimir Putindən iki oğlu dünyaya gətirib. İlk doğuş İsveçrədə baş verib.

Lent.az-ın məlumatına görə, bu barədə İsveçrənin “SonntagsZeitung” qəzeti öz mənbələrinə istinadən yazıb.

Qeyd edilir ki, gimnast 2015 və 2019-cu illərdə iki uşaq dünyaya gətirib. Birinci uşaq Luqanoda (İsveçrənin Tiçino kantonunun şəhəri – red.), ikinci oğlu isə “prezidentin qərarı ilə” Moskvada dünyaya gəlib.

Eyni zamanda, məlumata görə, həm birinci, həm də ikinci doğuş Tiçino kantonundakı Sant Anna klinikasında işləyən ginekoloq tərəfindən aparılıb. O, Rusiyada anadan olub, lakin 30 ildən çox əvvəl İsveçrəyə mühacirət edib.

“SonntagsZeitung”un mənbəsi bildirib ki, ginekoloq Rusiya prezidentini Sankt-Peterburqda gəncliyindən tanıyır və “etibarlı münasibəti davam etdirir”. İkinci doğuş üçün hətta Moskvaya da gəlib.

Bundan əlavə, qeyd olunur ki, hamiləlik dövründə Alina Kabayeva Luqanoya gəlib, Luqano şəhərinin ətrafındakı Kollina d’Oro kommunasında yerləşən villada və ya Principe Leopoldo otelində qalıb.

Nəşrin həmsöhbəti Kabayevanı “çox xoş bir qadın, əsl idmançı, çox düz danışan” kimi xarakterizə edib.

İki, yoxsa üç uşaq?

ABŞ Alina Kabayevaya qarşı sanksiyalar tətbiq etməyə qərar verməyib. “Wall Street Journal” yazıb ki, ABŞ rəsmiləri Putinin sanksiyalara “şəxsi zərbə” kimi baxacağından qorxurlar ki, bu da Rusiya ilə ABŞ arasında münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.

Eyni zamanda, ABŞ hökuməti gimnastı Putinin ən azı üç övladının anası hesab edir.

“Page Six” nəşri isə məlumat yayıb ki, Kabayeva 2009 və 2013-cü illərdə Putinə iki oğul dünyaya gətirib və sənədlərdə uşaqların Alinanın bacısının olduğu kimi qeyd edilib.

Xatırladaq ki, 2019-cu ildə Alina Kabayevanın iki oğlan uşağı dünyaya gətirdiyi qeyd edilmişdi. Sonra gimnast iki uşaq doğması ilə bağlı şərh verməkdən imtina etmişdi.