Əməkdar artist Bəhram Bağırzadə paylaşımı ilə etiraz yaradıb.
7Times.az xəbər verir ki, sənətçi sosial şəbəkə hesabında səfil həyatı keçirən fiziki məhdudiyyətli şəxsin “çəkmə, lazım deyil, başına dönüm” sözlərinə məhəl qoymayaraq, çəkməyə davam edib.
Həmin şəxs gözüyaşlı Bəhramın təkidi ilə suallara cavab verməyə məcbur olub. Bağırzadənin yayımladığı video birmənalı qarşılanmayıb.
Sosial media əhli Əməkdar artistin bu hərəkətini qəzəblə qarşılayıb. Onlar hətta şərh bölümündə Daxili İşlər Nazirliyinin hesabını işarələyərək bu məsələyə hüquqi qiymət verilməsini istəyiblər.
B.Bağırzadə yazılan tənqidlərə və etirazlara cavab olaraq paylaşdığı videonu sosial şəbəkə hesablarından silib.
Follow @7timesaz