“Parni iz Baku” komandası “Maskalı yubiley” adlı konsertindən bir parçanı paylaşıb.
Kult.az xəbər verir ki, səhnəcikdə Nazirlər Kabinetinin 2027-ci il iclasına “səyahət” edilir və bütün nazir kürsülərini tutan “baş nazir Mikayıl Cabbarov”un təkbaşına iclası təsvir edilir.
Qeyd edək ki, komandanın “Gülüşün buster dozası” konserti 29, 30 may və 4 iyunda keçiriləcək.