Qarabağ

Zəngilana qayıdış başlayır — VİDEO

Zəngilana qayıdış başlayır — VİDEObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi başa çatıb.

7Times.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, kənd meydanında 30 ilə qədər müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.

Kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə də ehtiyac qalmayacaq. Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək.

Bu “ağıllı kənd”də müasir şəhərlərə xas infrastruktur tam hazır formadadır.

Azərbaycan və Türkiyə Prezidentləri tərəfindən təməli qoyulan və ümumi uzunluğu 123,6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun tikintisi də sürətlə davam etdirilir.

Hazırda yolun ilk 110 kilometrlik hissəsində torpaq işləri icra edilir.

Bundan başqa, Zəngilan Beynəlxalq hava limanında da işlər sürətli şəkildə həyata keçirilir. Artıq hava limanında işlərin tamamlanacağı tarix isə uzaqda deyil.

Həmçinin Horadiz-Ağbənd dəmiryolunun 2-ci mərhələsinin,  “Azərenerji” ASC-nin 330/110 kilovoltluq “Cəbrayıl” enerji qovşağının təməli də qoyulub.

Qeyd edək ki, “Cəbrayıl” enerji qovşağı beynəlxalq enerji dəhlizinin yaradılması sahəsində ölkəmizin əhəmiyyətinin bariz nümunəsidir.