“TEKNOFEST Azərbaycan” Festivalında nümayiş etdirilən AKINCI PUA Türkiyəyə qayıdıb.
7Times.az xəbər verir ki, bu barədə Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Səlcuq Bayraqdar bildirib:
“AKINCI PT-5 Azərbaycandan dönüş yolunda… Bizə Bakıdan, Qarabağdan, Şuşadan Can Azərbaycan havası gətirir … Ürəyimizin bir yarısı Şuşada, digər yarısı Bakıda qaldı.”
Qeyd edək ki, təxminən 2 min km uçan “Akıncı” təyyarələri üç ölkəni keçərək Azərbaycana uğurlu uçuş həyata keçirib.
Follow @7timesaz