Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Silahlı Qüvvələrinin əslən azərbaycanlı olan daha bir hərbçisini təltif edib.
“Report” xəbər verir ki, dövlət başçısı bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sərəncama əsasən, Ukrayna ordusunun hərbçisi Ruslan Xəlilov “Ukraynaya hərbi xidmətə görə” medalı ilə təltif edilib.
O, Zaporojye istiqamətində gedən döyüşlərdə yaralanmışdı.
Qeyd edək ki, əslən azərbaycanlı Ruslan Xəlilov Gürcüstanın Marneuli rayonunda doğulub. O, hələ 2015-ci ildə Donetsk və Luqansk istiqamətində separatçılara qarşı döyüşlərdə yaralanmışdı.
Xatırladaq ki, mayın 7-də Ukraynanın Ali Baş Komandanı Ukrayna vətəndaşları olan azərbaycanlılar Raqif Vaqif oğlu Əliyevi və Məcid Marlen oğlu Abdulqafarovu “İgidliyə görə” ordeni ilə təltif edib. Hər iki azərbaycanlı Ukrayna Silahlı Qüvvələrinin çavuşudur. Bundan başqa, 92-ci əlahiddə mexanikləşdirilmiş briqadanın tağım komandiri, Azərbaycan əsilli ukraynalı zabit, baş leytenant Ağasıyev Kiril Yaşar oğluna “Ukrayna Qəhrəmanı” fəxri adı verilib.
Follow @7timesaz