“Whatsapp” mesajlaşma proqramı mesajları redaktə etmə funksiyasını təqdim etməyə hazırlaşır.
7Times.az xəbər verir ki, bu barədə “WABetaInfo” saytı məlumat yayıb.
Belə ki, bəzən istifadəçilər tez göndərdikləri mesajlara lazımi diqqəti ayırmırlar. Nəticədə qarşı tərəf mesaj sahibini səhv anlayır və yaxud düzgün başa düşmür. Belə olan halda mesajı dəyişdirmək, redaktə etmək imkanı isə yoxdur. Amma yaxın günlərdə bu vəziyyətin dəyişəcəyi gözlənilir. Çünki tərtibatçılar göndərilən mesajları redaktə etmək funksiyası üzərində çalışırlar.
Qeyd edək ki, bu yeni funksiya “Twitter” üçün də tətbiq ediləcəyi gözlənilir.
(lent.az)
Follow @7timesaz