Hazırda Çinin “Geely” konserninə məxsus “London Taxi Company” (LEVC olaraq adı dəyişdirilib – red.) şirkəti II Yelizavetanın taxta çıxmasının 70-ci ildönümü münasibətilə yeni nəsil London taksisi – LEVC TX-in xüsusi versiyasını təqdim edib.
Lent.az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu avtomobillər iyunun 5-də Londonda keçirilməsi planlaşdırılan teatr tamaşası zamanı fəxri qonaqları daşımaq üçün nəzərdə tutulub. Rənginə görə bu avtomobilləri “platin taksi” də adlandırırlar.
Qeyd edək ki, Kraliça II Yelizaveta Böyük Britaniya tarixində 70 il taxtda oturan ilk monarxdır. Onun tacqoyma mərasimi 2 iyun 1953-cü ildə baş tutub. Bu ayın əvvəlində geniş bayram tədbirləri keçiriləcək.
Follow @7timesaz