Maraqlı

Attestatını 60 il sonra aldı: İNANILMAZ SƏBƏB

Attestatını 60 il sonra aldı: İNANILMAZ SƏBƏBbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1962-ci ildə orta məktəbi bitirən amerikalı Ted Sems kitabxanaya 4,80 dollar borcu olduğuna görə attestatını 2022-ci ildə alıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 1962-ci ildə Sems, dərs ilinin bitməsinə cəmi beş gün qalmış “avaraçılığa” görə məktəbdən uzaqlaşdırıldıqda problem yaranıb. Bu sınaq onu yayda verdiyi mühüm buraxılış imtahanını buraxmağa məcbur edib. Bundan sonra məlum olub ki, onun kitabxanaya 4,80 dollar borcu olub, lakin o, həmin vaxt heç nə etməmək qərarına gəlib və problemi unudub.

“Bu illər ərzində övladlarıma dəfələrlə dedim ki, beş dollar attestat almağıma mane olub”, – deyən kişi məzun gününün həyatında ən xoşbəxt günlərdən biri olduğunu bildirib.

Mərasimdə Tedin qızları Şerri və Salli iştirak edib və əlavə ediblər ki, altmış ildən sonra atalarının nəhayət həyatının bu mərhələsini başa vurmasından çox məmnundurlar.