Türkiyənin Dənizli bölgəsində bir qadın taksidən yarıçılpaq halda düşüb marketdən alış-veriş edib.
Lent.az xəbər verir ki, hadisə Pamukkale qəsəbəsinin Çamlaraltı məhləsində baş verib. Ədəbsiz görüntülər internetdə qısa müddət ərzində böyük müzakirələr yaradıb.
Həmin qadın haqqında araşdırmalar da başladılıb. Belə ki, onun mindiyi avtomobilin qeydiyyat nömrəsi vasitəsilə qadının şəxsiyyəti məlum olub. Lakin qadın ev ünvanında tapılmayıb. Onun evinə polisə dəvət haqqında rəsmi sənəd göndərilib.
Həmin görüntüləri təqdim edirik: