Maraqlı

Stiv Cobsdan 6 inadkarlıq qanunu

Stiv Cobsdan 6 inadkarlıq qanunubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Stiv Cobs-dan 6 inadkarlıq qanunu. Stiv Cobs və onun kimi bir çox güclü insanlar öz bizneslərində eyni zamanda, bütünlüklə həyatlarında sadalanan bu qaydaları diqqətlə yerinə yetirir və olduqca vacib hesab edirlər.

Gördüyün işi sona qədər çatdırmağı bacar

Bir neçə işi eyni vaxtda başlasan və yekunlaşdırmadan, qalanını sonraya saxlasan nə baş verə bilər? Səndə depresya halları başlayar. Sənin beyniniz işləri yekunlaşdırmaq üçün hesablanmışdır. O, yolavermə hallarını sevmir. Bu səbəbdən də, yarıda qoyma zamanı orqanizmin səni yalnız streslə mükafatlandırar. İşərin vaxtında yekunlaşması isə əlavə həvəs və enerji verər. İşlərini başlama ardıcıllığı ilə bir-birinin ardınca yekunlaşdırmağa çalış. Bu olduqca vacib şərtdir.

Daimi motivasiyanı qorumağa çalış

“Bütün bu motivasiya söhbələri məni bezdirib.” – deyə bilərsən. Hə əlbətdə, ola bilsin bezdirib. Ancaq bütün uğurlu insanlar var güclərini gördükləri işə yönəldirlər. Əgər insan sevdiyi işlə məşğul olarsa, bu zaman ona kənar motivasiya gərəkli olmaz. Ancaq, elə anlar olur ki, çox yorğun ola bilirsən. Bu zaman nəzərədə tutduğun hədəfi və bu zaman əldə edəcəyin nəticəni düşün.

Fikirlərini yayındırma

Görülməli olan işləri ardıcıllıqla gör. Yalnız bir məsələdə fikirlərini cəmləməyi bacar. Bu cür yanaşma başladığın bütün işləri sona çadırmağa yardımçı olar. Fərqli proyektlər arasında özünü bölüşdürmə. Yüksək nəticələrin açarı – fikirləri bir yerə cəmləməkdədir.

Nəaliyyətlərinin gündəliyini tut

Bütün iş adamlarının qızıl qaydası – önəmli işlər birinci növbədədir. Əsas məsələ həqiqətən vacib işlərin illuziyalardan və ya kənar adamların vacib adı ilə reklam etdikləri işləri bir-birindən ayırmaqdır. “Həqiqətəndə bu olduqca vacibdir? Bu işi görməsəm nə baş verə bilər?”

Vacib olmayan işlərdən imtina etməyi bacar

Vacib olmayan, gərəkli olmayan işlərdən imtina etməyi örgən. Əgər qarşıya qoyulmuş məsələ sənin üçün aktuallığını itiribsə, onu siyahıdan çıxarmağa qorxma. Eyni zamanda bezdirici insanlardan da qaçmağı bacar. Onlara elə gəlir ki, bütün dünya onlara nəsə borcludur. Ünsiyyət zamanı dəqiq sərhədini müəyyənəşdir.