İngiltərədə İkinci Dünya Müharibəsi zamanı yazılmış sevgi məktubları tapılıb.
Sfera.az bildirir ki, 20-ə yaxın məktub, Reading şəhərindəki boş evin şkafında bir mühəndis tərəfindən aşkar olunub. Onun həyat yoldaşı Mari Koplinin məktubların onları yazanların ailələrinə çatdırmaq istədiyi bildirilib.
Məlumata görə, Bləkpulda yaşayan Ronni Stounun və Plimutda hava qüvvələrində xidmət edən Frenki Klarkın məktubları 1942-1946-cı illər arasında yazılıb. Zərflərin birində hədiyyə olaraq göndərilən qurudulmuş çiçəklər də var.
“Məktubların tarixlərindən görünür ki, onlar çox uzun müddətdir birlikdə olmayıblar. Axtarmağa çalışdım, amma nikah şəhadətnaməsi tapa bilmədim, onların uşaqları olduğunu düşünmürəm. Məktubların birində Frenki onu bir daha nə vaxt görəcəyini bilmir və Miladda ziyarət etmək üçün icazə ala bilmədiyini deyir”, – deyə Kopli bildirib.
Məktubda cütlüyün tanışlığının təfərrüatları da var: “Görünür, Stoun və Klark ilk dəfə Lankaşir dəniz şəhərinin bağlarında tanış olublar. Frenki sevgilisi ilə görüşlərindən danışanda “ağlım heç vaxt unuda bilməyəcəyim o xoşbəxt günlərə qayıdır” yazıb. Ardınca o, bu fikirləri qeyd edib: “Hələlik bu qədər, əzizim. Ümid edirəm ki, yenidən birlikdə ola bilərik, sevgilərlə Frankie””.
İkinci Dünya Müharibəsi dövrünə marağı olan Kopli, daha çox öyrənmək ümidi ilə Bləkpuldaki yerli tarix qrupları ilə də təfərrüatları paylaşıb: ” Məktubları ailələrə qaytarmaq üçün əlimdən gələni etməliyəm. Onların mənə aid olmadığını həqiqətən hiss edirəm. Əminəm ki, uşaqları və ya nəvələri onlara sahib olmaqdan çox xoşbəxt olacaqlar”.
Follow @7timesaz