ABŞ-ın keçmiş Prezidenti Bill Klintonun “CBS” telekanalında iştirak etdiyi tok-şouda ona yadplanetlilər və 51-ci sahə haqqında sual verilib.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Klinton prezidentliyi dövründə yadplanetlilərlə bağlı həqiqətləri üzə çıxarmaq üçün hər cür cəhd etdiklərini və həmin bölgəyə agentlər göndərdiyini etiraf edib.
Sabiq prezident Nyu-Meksiko ştatında baş verən naməlum uçan obyekt qəzasına toxunub:
“Biz yadplanetlilərin olmadığından əmin olmaq üçün 51-ci əraziyə bir qrup göndərdik. Texnologiya baxımından gizli araşdırmalarımızın çoxunu burada edirik. Məsələn, radar tərəfindən aşkar edilməyən təyyarələri uçurduğumuz kimi. Bu səbəbdən də onlar çox sirlidirlər”.
“Lakin bildiyimə görə, yadplanetlilər yoxdur”, – ABŞ-ın keçmiş prezidenti deyib.
Follow @7timesaz