Maraqlı

Bu dünyada nikaha girməyə macal tapmayanların ruhları səmalarda qovuşacaq…

Bu dünyada nikaha girməyə macal tapmayanların ruhları səmalarda qovuşacaq…backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəyə görə subay qızlar gəlinlik paltarında dəfn edilir?..

Əgər subay qız vəfat edirsə, o, qədim zamanlardan qalan adəti üzrə ağ gəlinlik paltarında dəfn edilir. Bu ənənə haradan qaynaqlanır və nəyə görə lazımdır?
Moderator.az xəbər verir ki, bunu “Rambler” saytı araşdırıb.
Qədim zamanlarda hesab edilib ki, əgər gənc öğlan və ya qız ölümündən öncə nikaha daxil olmayıbsa, onların ruhları rahat olmayacaq və dirilərlə ölülər arasında dolaşacaq.
Bunun baş verməməsi üçün “ölü toy” adlanan mərasim keçirilib.
Mərhum üçün dəfn mərasimində nikah mərasimi imitasiya edilib. Qıza gəlinlik paltarı və çəkmə geyindirilib, saçlarını yanlara buraxıb, müasir fatanın yerinə əklillə bəzədilib.
Vəfat edənin yanında bəy rolunu oynayan gənc oğlan dayanıb. Onun üçün də əklil hazırlanıb və cənazə torpağa tapşırılanda yuxarıdan atılıb.
Matəm musiqisi əvəzinə, bir qayda olaraq, şən musiqi səsləndirilib. İnsanlar rəqs edib bulka yeyib.
Bu qədim adətdən hazırda qalan toy geyimidir.
Bu adət-ənənənin daha bir uzahı var.
Birincisi, ağ rəng günahsızlıq və təmizlik rəmzidir.
İkincisi, toy geyimindən ona görə istifadə edilib ki, mərhum qızın ərə getmək arzusunu yerinə yetirsinlər.
Bu, həm də ona görə edilib ki, ölümdən öncə sevgililərdən birinin nikaha girməyə macal tapmadığına görə onların ruhları səmalarda qovuşa bilsin.