Maraqlı

Hər 10 nəfərdən 3-ü toylara getmir – İngiltərədə sorğu

Hər 10 nəfərdən 3-ü toylara getmir – İngiltərədə sorğubackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hər 10 nəfərdən 3-ü xərcdən qaçmaq üçün toy dəvətlərini geri çevirir.

Sfera.az bildirir ki, bu barədə İngiltərədə araşdırma aparılıb. “Experian”ın sorğusuna əsasən, dostlarının və qohumlarının toylarına qatılmaq istəyən britaniyalılar otel xərclərindən yayınmaq üçün bütün gecəni oyaq qalmaq, ictimai nəqliyyatla səyahət etmək və bir neçə tədbirdə eyni paltarı geyinmək kimi qənaət üsullarından istifadə edirlər.

Araşdırmada iştirak edən 1000 nəfərdən 24-ü xərclərə görə heç bir toya qatılmayacaqlarını bildirsə də, 31-i dəvətlərdən ən azı birini rədd etdiyini deyib.

Qeyd olunub ki, İngiltərədə toya getməyin orta qiyməti adambaşına 567 sterlinq (təxminən 1176 manat) təşkil edir. Ən böyük xərc 116 funt sterlinqlə (240 manat) yaşayış yeridir. Sorğu iştirakçıları qonaqlamağı tələb edən məclislərdə iştirakdan çəkindiklərini vurğulayıblar.

Digər tərəfdən, bildirilib ki, əksər hallarda qonaqlar yemək və içkilərin pulunu özləri ödəməlidirlər. Britaniyalıların 57 faizi yeni evlənən cütlük üçün baha başa gələn bu təcrübənin məqbul olduğunu düşünürlər Respondentlərin 52 faizi qonaqlara pulsuz içki təklif etməklə bağlı cütlüklərə sosial təzyiqin göstərildiyini və bunun qəbuledilməz olduğunu bildiriblər.