Aktual

Azərbaycanın xarici ticarətində müsbət saldo 3,54 dəfə artıb

Azərbaycanın xarici ticarətində müsbət saldo 3,54 dəfə artıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin birinci yarısında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 milyard dollardan çox və ya 74,6 faiz artaraq 24,83 milyard dollara yüksəlib.

7Times.az  xəbər verir ki, ötən ilin birinci yarısında xarici ticarət dövriyyəsi 14,2 milyard dollar olduğu halda, bu ilin eyni dövründə 24,83 milyard dolları ötüb.
Xarici ticarət dövriyyəsinin kəskin artmasının əsas səbəbi ixracın nəzərəçarpacaq dərəcədə artması ilə bağlıdır.

Ötən ilin birinci yarısında ixracımız 8,81 milyard dollar olmuşdursa, bu il 18,5 milyard dollar, idxal isə 5,39 milyard dollar olduğu halda bu il 6,35 milyard dollar təşkil edib.İxracın daha çox artması hesabına xarici ticarətdəki müsbət saldo ötən ilki 3,42 milyard dollardan bu il 12,1 milyard dollara yüksəlib. Müqayisə göstərir ki, xarici ticarətin müsbət saldosu bu il 3,54 dəfə artıb.