Araşdırma

Xəyanətkar kişini üzdən tanımaq mümkündür

Xəyanətkar kişini üzdən tanımaq mümkündürbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəyanətkar kişini üzdən tanımaq mümkündür. Bu dəfə elm sahəsindən məyus edici xəbərlər əldə etdik. Royal Society Open Science dərgisində dərc edilən araşdırmalara əsasən xəyanətkar kişini üz cizgilərindən tanımaq mümkündür. Təəsüf doğuran hissə isə araşdırmanın yalnız kişilərə aid olmasıdır.

Eksperimentdə 1516 böyük insan (61%-i kişi olmaqla) iştirak etmişdir. Onların hər birinə eyni yaş kateqoriyasında və eyni millətdən kişi, qadın şəkilləri göstərlərək eyni sual soruşulmuşdur: “Bu kişinin və ya qadının xəyanətkar olma ehtimalı nə qədərdir?”. Cavablar yalnız “az ehtimallı” və “böyük ehtimalla” aralığındakı diapazonlarla verilməli idi.

Şəkillərini təqdim etməyə razılıq vermiş insanların hamsı müəyyən mənada xəyanətkar idilər. Lakin, eksperimentin müəlliflərinin sözlərinə görə bu halda xəyanət dedikdə burda klassik xəyanət növü nəzərdə tutulur. Yəni, başqa biri ilə sexlə məşğul olan zaman, onunla sərbəst, öhdəliksiz münasibətdə olanlar nəzərdə tutulur. Eyni zamanda, qarşı tərəf də həmin insanla cinsi əlaqədə olduqda onun başqası ilə ciddi münasibət yaşadığından məlumatlı olsun.

Nəticələrə görə kişilərin və qadınların çoxu rahatlıqla xəyanətkar kişiləri müəyyən edə bilirlər. Bu sadəcə şəkildəki üz cizgilərinə baxmaqla mümkündür. Lakin, heç bir kişi və qadın xəyanətkar qadın obrazını tapa bilməmişdirlər.

Müəlliflərin fikrincə əldə edilmiş nəticələr böyük yeniliklərə yol aça bilər. Bu yolla qadınlar ailə münasibətləri qurmamışdan öncə uyğun portnyor seçimlərini rahat edə bilərlər. Lakin, tam olaraq nəaliyyətin niyə məhs yalnız kişi fizioqnomikasına aid olduğunu cavablandıra bilməmişlər.

Eyni zamanda, eksperimentin yalnız ağ dərili kişi və qadınlar arasında keçirildiyini nəzərə alaraq, əldə edilmiş qanunauyğunluğun yalnız ağdərilər üçün keçərli olduğu nəticələrdə əks etdilirmişdir. Lakin, müəlliflərin sözlərinə görə üz cizgilərində olan xarakterik hallar demək olar ki, bütün insanlarda eynilik təşkil edir.

topmister