Hərbi

“Xüsusi əməliyyatın coğrafiyası dəyişir” – Lavrov

“Xüsusi əməliyyatın coğrafiyası dəyişir” – Lavrovbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ukraynada xüsusi əməliyyatın coğrafiyası dəyişib, “DXR” və “LXR”-in sərhədlərini aşıb.
Bakupost.az xəbər verir ki, bunu “RİA Novosti”-yə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.
“İndi coğrafiya başqadır. O, təkcə “DXR” və “LXR”-lə məhdudlaşmır, həm də Xerson və Zaporojye vilayətləri və bir sıra digər ərazilərin hərbisizləşdirilməsi prosesi həyata keçirilir. Proses ardıcıl və israrla aparılır”, – Lavrov deyib.
Rusiyalı nazir həmçinin Ukraynaya silah, xüsusilə də HIMARS reaktiv yaylım atəşi sistemlər verən Qərbi növbəti dəfə hədələyib.
“Biz Ukraynanın Zelenski və ya onu əvəz edəcək şəxsin nəzarət edəcəyi hissəsində ərazimizə birbaşa təhlükə yaradacaq silahlaraın icazə verə bilmərik”, – Lavrov vurğulayıb.