Maraqlı

Gənclər bir müddət qayınana və qayınata ilə bir yerdə yaşamalıdır – Deputat

Gənclər bir müddət qayınana və qayınata ilə bir yerdə yaşamalıdır – Deputatbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ailə quran gənclər bir müddət qayınana və qayınata ilə bir yerdə yaşamalıdır”.

Bu sözləri Cebhe.info-ya Milli Məclisin deputatı Kamilə Əliyeva  boşanmalardan danışarkən deyib:

“Boşanmaların əsas səbəblərindən biri də cütlüklərin sərbəst yaşamaq istəmələridir. İndi çoxu ayrı yaşamaq istəyir. Mən bunun əleyhinəyəm. İstərdim ki, yeni ailə qurmuş cütlüklər sosial vəziyyətindən asılı olmayaraq, hətta ailənin ayrı evi varsa da, müəyyən bir müddət ağbirçək olan yerdə yaşasın. Gəlinin o mühitə uyğunlaşmasınadək, getdiyi ailənin qayda- qanunlarına alışamasınadək belə olmalıdır. Ailə böyüdükcə gedib ayrı yaşaya bilərlər. Əvvəllər gənclər boşanmaq istəyəndə, ortaya ağsaqqallar, ağbirçəklər düşürdü. Arada kişi sözü var idi. İndiki gənclər hər şeyi özləri həll etmək istəyirlər”.

 

Yeni ailə quran gəlinin qayınana ilə neçə ilədək bir yerdə yaşaması sualına gəldikdə isə deputat bunun şəxslərə bağlı olduğunu əsas gətirərək, fərdi olaraq dəyişdiyini bildirib:

“Elə cütlük var ki, 6 ay bir yerdə yaşaya, uyğunlaşa bilər, elə gənclər də var ki, 15 il də bir yerdə yaşasa, hələ də ailəyə uyğunlaşa bilmir. Konkret vaxt demək olmur”.

Deputat bildirib ki, hazırda ailələrin boşanmasının 50 faizinin səbəbi sosial şəbəkələrin payına düşür:

“Düzdür, İKT əsridir, amma çox əfsuslar olsun ki, insanlar bunun yaxşı tərəfindən yox, mənfi yanından istifadə edirlər. “TikTok” və digər sosial şəbəkələrdə ərli qadınların digər kişilərlə tanış olub qaçmasına şahid oluruq. Kişiləri yenə başa düşmək olur. Bədbəxtlik budur ki, qadın ailəsi, uşağı ola-ola başqa kişi ilə tanış olur. Nə qədər alələr dağılır. Həmin şəxslərin övladlarının tərbiyəsində yanlışlıqlar olur. Evdə hərənin öz dünyası olur, uşaqla maraqlanmağa vaxt tapmırlar. Ər və arvad əllərinə alırlar telefonu çəkilirlər küncə. Bu mövzuda saatlarla danışmaq olar. Bütün bunlar faciədir. SOS çalınmalı, qarşısı alınmalıdır. Mədəniyyət olan yerdə bütün problemlər həllini tapır. İnsan hərtərəfli mədəniyyətə maliik olarsa, bu məsələlər çözülər”.