Maraqlı

Niyə qadınlar yaraşıqlı olmayan kişiləri sevirlər?

Niyə qadınlar yaraşıqlı olmayan kişiləri sevirlər?backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Niyə qadınlar yaraşıqlı olmayan kişiləri sevirlər? Benedict Cumberbatch, Tom Hiddleston, Vincent Cassel, Prince Henry – kimi kişilər klassik yaraşıqlı anlayışından nisbətən uzaqdırlar. Buna baxmayaraq, hər zaman qadınların fikirlərini üzərilərinə çəkməyi bacarırlar. Onların misalında qadınların hansı səbəbdən yaraşıqlıqları ilə seçilməyən kişilərə maraq göstərmələrini müəyyən etmək istədik.

Son illər dünya qadınları əsasən Benedict Cumberbatch və Tom Hiddlestondan dəli olmağa başlamışlar. Onların qeyriordinal xarici görünüşləri aktyor bacarıqlarından heç də az sevilmir. Biri Şerlok Holms rolunu canlandıraraq ekranlara yeni cazibə və görünüş nümayiş etdirmiş və sevgi qazanmışdır, dihgəri isə ümumiyyətlə fərqli yöndə, Loky rolu ilə özünü sevdirmişdir. Bütün bunların sirri nədədir?

Davranış və ağıl

Kino dünyasında özünəməxsus görünüşə sahib kişilərin məşhurluq qazanmaqları halı az müşahidə edilməmişdir. Ən azından Rowan Atkinson artıq illərdir ki, Mister Bin obrazı ilə yaddaşlardan silinmir. Onu bütün dünyada tanısalarda, Cumberbatch və Hiddleston kimi sex simvol hesab edilməyib. Deməli, sözü gedən məsələdə yalnız ampula rol oynamır. Benedikt intellekt və zövqdən məhrum olmayan bir esteti, Rowan isə bir növ axmağı canlandırır. İlk dəfə Cumberbatchi ekranlarda gördükdə ilk ağıla gələn fikir: “necədə çirkindir” olur. Yarım saatdan sonra isə qadınların çoxu onunla yalnız adada qalmaq istəyirlər. Onun danışıq qabiliyyəti, insanlarla davranışı, iti ağlı, dərin düşünmə bacarığı onu yaraşıqsız oğlandan cazibə idealına çevirir. Deməli, insanın daxili aləmi, tərbiyyəsi və özünücilovlama qabiliyyəti xarici görünüşdəki çatışmamazlıqları arxa plana keçirə bilər.

 

İmic

İmic dedikdə ümumi görünüş mahiyyəti anlaşılmalıdır. Seçdiyi geyim, aksesuarlar ona nə dərəcədə yaraşır, əyinində geyim hansı formada durur? Bir kişi seçdiyi imicdə tam olaraq necə görünür, qadınlar üçün ümumi görünüşcə hansı dərəcədə cazibəli görünür? Ən azından gündəlik həyatda yaraşıqlı olan, lakin zövqsüz geyimləri ilə insanları özündən uzaqlaşdıran kişilərə yəqinki az rastlamamısınız. Bu halda Vincent Casseli xatırlamaq yerinə düşər. Filmlərdə onun canlandırdığı qəhrəmanlar heçdə müsbət və yaraşıqlı obrazlar olmurlar. Demək olar ki, hər zaman mənfi obrazı canlandırır. Lakin, onun həvəsi və zövqlü geyim tərzi öz işini görür və sevilənlər siyahısında tutduğu yeri möhkəmləndirir.

Xarizma

Bu müəmmalı ifadə ən yaraşıqsız kişini belə qadınların gözündə göylərə qaldıra bilər. Xarizmanın altında nələr gizlənir? Şəxsiyyətin xüsusi nüansları, danışmaq bacarığı, cazibədarlıq, yoxsa əlavə nələrsə də ola bilər? Bunu dəqiq söyləmək olduqca çətin olsa da, xarizmaya malik kişilərin hər zaman daha yüksək pillələrdə dayanması dəqiqdir. Misal olaraq, Javier Bardem xüsusi imicə sahib olmasa da, yadda qalan obrazlarla çıxış etməsə də, hər zaman fərqliliyi ilə diqqət mərkəzində ola bilmişdir.

Kişilik xüsusiyyəti

Güclü cinsin nümayəndəsinin ilk növbədə sahib olmalı olduğu ən gözəl keyfiyyətdir. Lakin, yaraşıqlılığın bu atributu təssüfki, hamıda olmur. Ən azından, artıq sevdiyi qadına görə yerlə göyü bir edəcək kişilər olduqca az qalıb. Qadınların bir çoxu məşhurlar arasında Daniel Craigini bu sahədə daha cazibəli hesab edirlər. Ən azından 007 agentinin ən məşhur və ən çox sevilən aktyoru o hesab edilir.

 

İnsanlıq

Uşaqlara sevgi, xeyriyyəçilik, xeyirxahlıq, dinləmək bacarığı, ətrafdakıların dərdinə şərikolmaq qabiliyyəti kənardan olduqca cəlbedici xüsusiyyət kimi görünür. Hu hislərdən məhrum olan ən güclü atlet belə həyat üçün ideal tərəf ola bilməz. İnsanlığı olduqdan sonra kişilərin keçəlliyinə, biraz köklüyünə və burun əyrikilərinə göz yumula bilər.

topmister