Maraqlı

Bu ölkədə qadınlar buna görə 3 gün işləməyəcək

Bu ölkədə qadınlar buna görə 3 gün işləməyəcəkbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
80% qadınlar menstruasiya öncəsi və növbəti 3 gündə kəskin ağrı sindromundan əziyyət çəkir, iş qabiliyyəti aşağı düşür.
 
7Times.az Bakupost.az-a istinadən xəbər verir ki, İspaniyada kəskin menstruasiya ağrıları olanlara işdən 3 günlük icazə veriləcək.
İspaniya Mamalıq Cəmiyyəti bildirib ki, dismenoreya kimi şiddətli ağrılardan əziyyət çəkən qadınların həmin günlər işləməsi fiziki, mənəvi olaraq əziyyətlidir.
Buna görə də ciddi ağır menstruasiya keçirən qadınlara güzəşt olunmalı, onlara hətta müvəqqəti əlillik verilməlidir.
Həmin günlər evdə qalıb dincəlmələrinə imkan yaradılmalıdır.
İspaniyanın yeni islahatlar paketində məktəblərdə qızlara bezlərin paylanması, bez və tamponların ƏDV-dən azad olunması nəzərdə tutulur.