Azərbaycanda qeyri-neft sektoru üzrə istehsal edilən sənaye məhsullarının 15 faizi sənaye zonalarının payına düşüb.
7Times.az xəbər verir ki, bu haqda məlumatı İqtisadiyyat naziri Mikayıl Cabbarov paylaşıb.
Nazir bildirib ki, 2022-ci ilin birinci yarısında sənaye zonalarında 1,3 milyard manat dəyərində məhsul istehsal edilib.
Sənaye zonalarında istehsal edilən məhsulların 543,9 milyon manatı ixraca yönəlib ki, bu da qeyri-neft sənaye məhsullarının ixracının 33,1 faizidir.Nazir qeyd edib ki, sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 50-dən çox ölkəsinə ixrac edilib.
Follow @7timesaz