Aktual

Rusiya ABŞ-ı təhdid etdi: “Diplomatik münasibətləri kəsə bilərik”

Rusiya ABŞ-ı təhdid etdi: “Diplomatik münasibətləri kəsə bilərik”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ Rusiyanı “terrorizmin sponsoru olan ölkə” kimi tanıyacağı təqdirdə Kreml də Vaşinqtonla diplomatik münasibətləri kəsə bilər”.

7Times.az  xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aleksandr Darçiyev deyib.

 

“Əgər sözügedən təşəbbüs həyata keçirilərsə, onda bu, Vaşinqtonla ikitərəfli diplomatik münasibətlərə geri dönüşü olmayan ciddi ziyan vuracaq”, – diplomat bildirib.Qeyd edək ki, ABŞ hazırda terrorizmin sponsorları olan ölkələr siyahısına İran, Şimali Koreya, Kuba və Suriyanı daxil edilib.