Rusiyanın Moskva vilayətində avtomobil partlayıb.
7Times.az xəbər verir ki, “Toyota Land Cruiser Prado” markalı avtomobilin partlaması nəticəsində Rusiyanın tanınmış ictimai-siyasi xadimi, politoloq Aleksandr Duqinin qızı, “United World International” jurnalının baş redaktoru Darya həlak olub.
İlkin məlumata görə, qəzaya qaz balonunun partlaması olub. Rusiya mətbuatının yazdığına görə, avtomobil Bolşye Vyazemi kəndi yaxınlığında partlayıb.
Partlayışın terror aktı olub-olmamasıyla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Duqin Rusiyanın əsas ideoloqlarından hesab olunur. O, Kremlin Avrasiya coğrafiyası üzrə bir nömrəli məsləhətçisi sayılır.
Follow @7timesaz