Şanlıurfada baş verən hadisə Türkiyədə gündəm olub.
7Times.az Sfera.az-a istinadən bildirir ki, Mövlana Halid məscidinin imamı Mehmet Şükrü Dörtbudakın uşaqlarla bağlı dediyi sözlər sosial media istifadəçilərinin qəzəbinə tuş gəlib.
Belə ki, şəxsi hesablarından tez-tez qadınların və uşaqların həyat tərzləri ilə bağlı danışan imam Dörtbudak videolarının birində, “Bayramda küçələrdə görürük, qız uşaqlarına geyindirilən paltarları. Deyirlər ki, uşaqdır olar. Bunun uşağı var ki? Onu alışdırmalısan. Uşağın qolları, sinəsi, hər tərəfi açıqdır – mini ətəklər, ayaqlar çılpaq, sonra da deyirlər, pedofiliya cinayətdir. Pedofiliya meylini siz qızışdırırsınız. İnsanların gözünün qabağına təhrikedici şeylər qoyursansa, qərbin gətirdiyi paltarı, əxlaqı ailəyə salırsansa, uşağa bunu öyrədirsənsə, təbii ki, cəmiyyət pozular, pedofil cinayətlər artar. İlk növbədə cinayət yaradacaq mühitləri məhv etmək lazımdır”, deyə söyləyib. İmamın bu çıxışı səs-küy yaradıb.
Məmləkət Partiyasının sədri Məhərrəm İncə də imamın qalmaqallı sözlərinə reaksiya verib:“Baxın, çox açıq danışıram! And içirəm, prezident olan gün “Uşağın qolu, sinəsi, hər tərəfi açıqdır”, “Pedofiliyanı qızışdırırsınız””, deyən azğınları, onları millətə imam kimi sırıyan şəxsləri gün işığına həsrət qoyacam”.
Follow @7timesaz