Maraqlı

Dünyada bir ilk: Ət reklamları qadağan edildi

Dünyada bir ilk: Ət reklamları qadağan edildibackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyanın Haarlem şəhəri iqlimə mənfi təsir göstərdiyi üçün ictimai yerlərdə ət və ət məhsullarının reklamını qadağan edəcək.

7Times.az  xəbər verir ki, daha əvvəl hava səyahətləri, benzinlə işləyən avtomobillər və qalıq yanacaqların reklamını qadağan etmək qərarına gələn Haarlem şəhəri dünyada ət və ət məhsullarının reklamını qadağan edən ilk şəhər olacaq.

Ət reklamlarına qadağanın 2024-cü ildə başlaması planlaşdırılır. Yaşıl Sol Partiyasının (GL) təklifi ilə gündəmə gətirilən ət və ət məhsullarının reklamına qoyulan qadağa digər partiyaların da dəstəyi ilə qəbul edilib.

Yaşıl Sollar Partiyasından olan şəhər şurasının üzvü Zigy Klazes ət və ət məhsullarının hava səyahətləri, benzinlə işləyən avtomobillər və qalıq yanacaqlar kimi iqlim dəyişikliyinə mənfi təsir göstərdiyini əsas gətirərək, reklam qadağasının uzadılmasını tələb edib. Klazes hesab edir ki, Haarlem iqlimə böyük ziyan vuran məhsulların satışını təşviq edərkən iqlim böhranı ilə mübarizə qərarı verməsi mənasızdır.

Yeni qaydaya əsasən, 2024-cü ildən Haarlem küçələrində ət, ət məhsulları, toyuq əti və atəşfəşanlıq reklamları görünməyəcək.

Fransanın Qrenobl, Hindistanın Çennai və İsveçrənin Cenevrə şəhərlərində ictimai yerlərdə bütün reklam lövhələrinin asılması qadağan edilib.Sfera.az