Aktual

Koronavirusa yoluxub, yoluxmadığımız səsimizdən bilinəcək – YENİLİK

Koronavirusa yoluxub, yoluxmadığımız səsimizdən bilinəcək – YENİLİKbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnsanların səsindən koronavirusa yoluxub yoluxmadığı aşkar ediləcək.

7Times.az bildirir ki, bu, Hollandiyanın Maastrix Universitetinin alimləri tərəfindən süni intellektdən istifadə etməklə hazırlanmış telefon proqramı vasitəsilə baş tutacaq.

 

Məlumata görə, hazırlanmış proqramın müsbət nəticələri aşkar etməsi bir dəqiqədən az vaxt aparacaq və nəticələr 89 faiz dəqiqdir. Tədqiqatçılar qeyd ediblər ki, proqram PCR testlərinin bahalı olduğu,  aşağı gəlirli ölkələrdə tətbiq oluna bilər.

 

Bəs proqram bizim səsimizdən xəstə olduğumuzu necə müəyyən edəcək?

Belə ki, koronavirus daha çox yuxarı tənəffüs yolları və səs tellərinə təsir edir. Buna görə də tədqiqatçılar virusu aşkar etmək üçün süni intellektdən istifadə edərək səsdəki dəyişiklikləri təhlil etmək qərarına gəliblər. Araşdırmada Kembric Universitetinin audio proqramında 4353 iştirakçının 893 səs yazısı dinlənilib. Bu qeydləri analiz etmək üçün mütəxəssislər insan qulağının səs tezliklərinin dəyişməsini göstərən “Mel-spektroqram” adlanan şkaladan istifadə ediblər.

 

Qeyd olunub ki, yeni tətbiqdən istifadə edən insanlar əvvəlcə sistemə xəstəlik tarixçəsi kimi mühüm məlumatları daxil etməlidirlər. Daha sonra istifadəçilərdən üç dəfə öskürmək, bir neçə dərin nəfəs almaq və ekranda görünən qısa mətni üç dəfə oxumaq tələb olunacaq. Nəhayət bir dəqiqədən az müddətdə nəticə bəlli olacaq.

 

Tədqiqatçılar bildirib ki,  proqram tam istifadə olunmazdan əvvəl daha çox insan üzərində sınaqdan keçirilməlidir. Layihə üçün indiyədək 36 116 iştirakçıdan 53 449 səs nümunəsi toplanıb. Tapıntılar İspaniyada keçiriləcək Avropa Tənəffüs Cəmiyyətinin Beynəlxalq Konqresində təqdim olunacaq.