Ölkə

Kim kimlə necə qohumdur? – Məmurlarla bağlı MARAQLI FAKTLAR

Kim kimlə necə qohumdur? – Məmurlarla bağlı MARAQLI FAKTLARbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məmurların və tanınmış ictimai-siyasi şəxslərin qohumluq əlaqələri hər zaman marağa səbəb olub. Maraqlıdır, bəs Azərbaycanda hansı məmurlar bir-birilə qohumdur?

7Times.az  bu dəfə həmin kateqoriyadan olan məmurların kiçik siyahısını təqdim edir. Belə ki;

 

Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov kirvədirlər.

Sahil Babayevin Vətəndaşlarla Görüş Vaxtı Dəyişdirilib

“Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq sədri, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun qardaşı Şəhriyar Şəmşirli Daxili İşlər Nazirliyində yüksək vəzifə tutur.

Bakupost.az - Cavid Qurbanov müəmması: vuruldu, yoxsa..? - RƏYLƏR

Mərkəzi Bankın sabiq sədri, baş nazirin müşaviri Elman Rüstəmov Meliorasiya və Su Təsərrüfatı ASC-nin keçmiş sədri, hazırda baş  nazirin müşaviri olan Əhməd Əhmədzadə ilə qudadır. Əhmədzadənin oğlu Rüstəmovun qızı ilə ailə həyatı qurub. Eyni zamanda Əhməd Əhmədzadə Zaqatala Rayon İcra Hakimiyyətinin Başçısı Mübariz Əhmədzadənin də qardaşıdır.

Elman Rüstəmov niyə vaxtından tez yola salındı?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Muxtar Respublikanın Daxili İşlər naziri Füzuli Ələkbərovla qudadır. Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov 2017-ci ildə Füzuli Ələkbərovun qızı ilə ailə həyatı qurub. Seymur Talıbov Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışır. Talıbovun digər oğlu Rza Talıbov  Dövlət Miqrasiya Xidmətində idarə rəisi vəzifəsində çalışır.

Vasif Talibov nazir qudasini ISDEN CIXARDI -

Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Məhərrəm Əliyevin qardaşı Adil Əliyev deputat, Milli Məclisin sədr müavinidir.

Adil Əliyev: “Prezident Basqalda Ermənistana sərt və birmənalı xəbərdarlıq  etdi”

İqtisadiyyat naziri Mikayıl Cabbarovun qayınatası Kamran İmanov Əqli Mülkiyyət Agentliyinin sədridir. Bundan öncə Müəllif Hüquqları Agentliyinə və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına rəhbərlik edib. Bacanağı Zakir İbrahimov isə “AzerGold” Qapalı Səhmdar Səhmdar Cəmiyyətinin sədridir.

 

Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb - Mikayıl Cabbarov

Ombudsman Səbinə Əliyeva Milli Məclisin Regional məsələlər komitəsinin sədri, deputat Siyavuş Novruzovun həyat yoldaşıdır. Onun atası Yaşar Əliyev isə uzun müddət Azərbaycanın xarici ölkələrdə səfiri, Milli Məclisin sədr müavini olub.

Siyavuş Novruzovla Ombudsman xanımı da cərimələndi | Qaynarinfo.az

Xarici İşlər naziri Ceyhun Bayramovun qardaşı yüksək vəzifədədir. Azər Bayramov maliyyə nazirinin müavinidir. Buna qədər  o, Maliyyə Nazirliyinin Vergi Siyasəti və Gəlirlər Baş İdarəsinin rəisi işləyib.

Ceyhun Bayramov Türkiyəyə başsağlığı verdi

Milli Məclisin deputatı Oqtay Əsədov Samux rayonunun icra başçısı Alı Qocayevlə qudadır. Millət vəkilinin qızı icra başçısının oğlunun həyat yoldaşıdır.

Milyardlar, varidat, əmlak sevdalısı Oqtay Əsədov da həbsə gedir

Gəncənin icra başçı Niyazi Bayramov ötən il dünyasını dəyişmiş sabiq Gənclər və İdman naziri Azad Rəhimovla qudadır. Keçmiş nazirin oğlu Arif Rəhimov Niyazi Bayramovun qızı Cahan Bayramova ilə ailəlidir.

Gəncənin yeni icra başçısı Niyazi Bayramov kimdir? - BBC News Azərbaycanca

Yevlax rayonunun icra başcısı Anar Tağıyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun kürəkənidir. A.Tağıyev 2006-2008-ci illərdə Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin “İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə “Ərazi idarəetmə və yerli özünü idraəetmə oraqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən Yevlaxın icra başcısı təyin olunanadək Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb.

Yevlax ağsaqqallarından prezidentə müraciət: Anar Tağıyev vətəndaşların son  ümidini də qırır » 7news.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar,  təhlillər və müsahibələrin tək ünvanı

“Odlar Yurdu” Universitetinin rektoru Əhməd Vəliyevin oğlu Samir Vəliyev YAP Nərimanov rayon təşkilatının sədridir. O, həm də, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviridir.(Sfera.az)

Əhməd Vəliyev təkzibini təkzib etdi