Maraqlı

Kosmik teleskop ulduzların necə meydana gəlməsini qeydə aldı – FOTO

Kosmik teleskop ulduzların necə meydana gəlməsini qeydə aldı – FOTObackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hubble” kosmik teleskopu Kiçik Magellan qalaktikasındakı ulduzların şəklini çəkib. Qalaktika Yerdən 200 min işıq ili uzaqda yerləşir.

Kiçik Magellan Buludu, alimlərin fikrincə, qaz axınından meydana gələn bir spiraldır. Bu axın, öz növbəsində, NGC 346 adlanan ulduz toplusundayeni ulduzların yaranmasına kömək edir.

NGC 346-nın təxmini diametri təxminən 150 işıq ilidir. Burada ulduzların necə sürətlə əmələ gəldiyi alimləri təəccübləndirir.

Kiçik Magellan Buludunun kimyəvi tərkibi Süd Yolu ilə müqayisədə daha sadədir. Qalaktikada ulduzlar daha istidirlər və bu səbəbdən də daha tez yanaraq sıradan çıxırlar.