Ermənistanın yeni baş prokuroru Anna Vardapetyan hərbi prokuroru və onun iki müavinini işdən çıxarıb.
7Times.az xəbər verir ki, məlumatı “Sputnik Ermənistan” yayıb.
Yeni baş prokuror işə başlayandan bir gün sonra baş prokurorun müavini, hərbi prokuror Vahe Arutyunyanın vəzifəsindən azad edilməsi haqqında fərman imzalayıb.
Həmin gün hərbi prokurorun müavini Arsen Sardaryan da vəzifədən azad edilib.
Sentyabrın 19-da hərbi prokurorun digər müavini Sevak Hovhannisyan tutduğu vəzifədən çıxarılıb.
Maraqlıdır ki, Hovhannisyan bu vəzifəyə cəmi 3 gün əvvəl – sentyabrın 16-da təyin edilmişdi.
Anna Vardapetyan bundan əvvəl Ermənistan ədliyyə nazirinin müavini işləyib. 2020-ci ilin mart ayından Baş nazirin köməkçisi vəzifəsində çalışıb.
Vardapetyan bu il sentyabrın 15-də Ermənistan Respublikasının yeni baş prokuroru kimi işə başlayıb.
Follow @7timesaz