Dünya

İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozub

İtaliya klubu Şevçenkonu qovduqdan 9 ay sonra onunla müqaviləni pozubbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliya “Cenoa”sı baş məşqçisi Andrey Şevçenko ilə müqaviləni pozub.

“Report”un klubun rəsmi saytına istinadən məlumatına görə, ukraynalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

46 yaşlı baş məşqçi 2021-ci ilin noyabrından dekabrınadək A Seriyası təmsilçisinə rəhbərlik edib. Komanda onun başçılığı altında 7 oyunda uduzub, 3 qarşılaşmada heç-heçə edib, 1 dəfə isə qalib gəlib.

“Cenoa” ötən ilin sonunda Şevçenkonu istefaya göndərdiyini açıqlayıb. Lakin sonradan məlum olub ki, mütəxəssis vəzifəsindən kənarlaşdırılıb. Onun klubla müqaviləsi isə davam edirdi.

Qeyd edək ki, “Cenoa” ötən mövsümün sonunda B Seriyasına düşüb.