Dünya

İran elektrik şəbəkəsini Rusiya ilə birləşdirmək istəyir

İran elektrik şəbəkəsini Rusiya ilə birləşdirmək istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran özünün milli elektrik şəbəkəsini Xəzər dənizinin şərqindən keçən ötürücü xətt vasitəsilə Rusiya və Şanxay Əməkdaşlıq Təşkilatına üzv olan digər ölkələrlə birləşdirəcək böyük layihə üzərində işləyir.

7Times.az  xəbər verir ki, bu barədə İranın energetika nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Məhəmməd Əli Faranakyan məlumat verib.

İranın dövlət xəbər agentliyi İRNA-ya verdiyi müsahibədə o qeyd edib ki, Türkmənistandan keçən elektrik ötürücü xətti ilə ölkənin milli enerji sistemini Rusiya və digər ŞƏT-ə üzv ölkələrlə əlaqələndirmək üçün səylər göstərilir.

Faranakyan bildirib ki, İran və keçmiş sovet respublikalarının enerji sistemlərinin birləşdirilməsi barədə qərar Xəzər dənizinin son sammitində qəbul edilib.

O qeyd edib ki, layihənin həyata keçirilməsi üçün sadəcə İran və Türkmənistan arasında üçüncü elektrik xəttinin çəkilməsi lazımdır, ikincisi isə artıq istifadəyə verilib.

Onun sözlərinə görə, İran ümumi sərhədə qədər elektrik ötürücü xəttinin tikintisini başa çatdırıb və Türkmənistan layihəyə başlayan kimi elektrik ötürücülük qabiliyyəti 200 faiz artacaq.