Tacikistan Prezidenti İmaməli Rəhmanın Sankt-Peterburqda keçirilən MDB dövlət başçılarının qeyri-formal sammiti zamanı Rusiya Prezidenti Vladimir Putinin 70 yaşına hədiyyə olaraq gətirdiyi meyvələr uşaq evlərinə verilib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin İşlər İdarəsindən məlumat verilib.
“Tacikistan Prezidenti İmaməli Rəhman Vladimir Vladimiroviçə öz ölkəsindən gətirdiyi ekzotik meyvələr hədiyyə edib. Tacik meyvələri ilə dolu 6 yük maşını Sankt-Peterburqdakı uşaq evlərinə bağışlanılıb”, – məlumatda qeyd olunub.
Follow @7timesaz