Dünya

Conson yenidən baş nazir olmaq istəyir

Conson yenidən baş nazir olmaq istəyirbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bundan əvvəl Britaniya hökumətinə rəhbərlik etmiş Boris Conson Liz Trassın istefasından sonra yenidən baş nazir postu uğrunda mübarizə aparmaq niyyətindədir.

7times.az bildirir ki, bu barədə “The Times” məlumat yayıb.

“Mənə məlumat verildi ki, Boris Consonun partiya liderliyinə namizəd olacağı gözlənilir. O, etibarlı adamlarla məsləhətləşərkən bunun milli maraq məsələsi olduğuna inandığı deyilir”, – qəzetin siyasi şərhçisi Stiven Syunford “Twitter”də yazıb.

Hökumət başçısı postuna Consondan başqa, Britaniya Maliyyə Nazirliyinin keçmiş rəhbəri və Trassın son seçkilərdə əsas rəqibi Rişi Sunak və parlamentin İcmalar Palatasının lideri Penni Mordaunt əsas namizədlərdir. Nəşr qeyd edir ki, keçmiş maliyyə nazirinin tərəfdarları onu “ən uyğun namizəd” hesab edirlər.

Böyük Britaniyanın baş naziri oktyabrın 20-də istefasını təsdiqləyib. Trass baş nazirin ona həvalə edilmiş mandatının öhdəsindən gəlmədiyini etiraf edib. O, 44 gün hakimiyyətdə olub.