“Tarif Şurası hər hansı bir dərmana qiymət həddi qoyur. Deyir ki, bu dərmanın qiyməti tutaq ki, bir manatı keçməməlidir. Bu da onu göstərir ki, dərmanların qiymətləri apteklər tərəfindən tənzimlənməlidir.”
7Times.az xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə “Tv Müsavat”ın efirində yayımlanan “Canlı Debat” verilişində millət vəkili Rüfət Quliyev deyib.
Verilişin digər qonağı olan ReAL Partiyasının icra katibi Natiq Cəfərli bu fikirlərlə razılaşmayıb və bildirib ki, ölkədə dərmanların qiymətlərinin bu qədər artmağının əsas səbəbi monopoliyadır.
Bundan qaşqa, verilişdə ölkədə son qiymət artımlarından bəhs edilib, bunun səbəblərindən danışılıb.
Daha ətraflı verilişdən təqdim etdiyimiz hissədə: