“Şadam ki, Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmaq üçün göstərdiyimiz səylər öz bəhrəsini verir, ən azı səfir indi şuranı tərk edib, amma gün gələcək ki, Rusiya, ümumiyyətlə Təhlükəsizlik Şurasında olmayacaq…”
7Times.az xəbər verir ki, bu haqda “UNİAN” məlumat yayıb.
Görüş “YouTube”-da yayımlanıb.
Nebenzya BMT Katibliyindən Ukraynada pilotsuz uçuş aparatları ilə bağlı araşdırma aparmayacağının təsdiqini tələb edib və İranın kamikadze dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərləri “feyk-saxta” adlandırıb.
“Sizi əvvəlcədən xəbərdar etmək istərdim ki, bu gün mən Ukrayna rejimi nümayəndəsinin Təhlükəsizlik Şurasının divarları arasında şər niyyətli məzəmmətlərinin daha bir hissəsinə qulaq asmayacağam və bununla da ona həzz verməyəcəyəm”- deyə işğalçı ölkə nümayəndəsi bildirib.
Kislitsa cavab olaraq bildirib ki, zaldan qaçan Nebenzya Təhlükəsizlik Şurasının hər iclasında yalan bəyanatlar verir.
“Şadam ki, Rusiyanı Təhlükəsizlik Şurasından çıxarmaq üçün göstərdiyimiz səylər öz bəhrəsini verir, ən azı səfir indi şuranı tərk edib, amma gün gələcək ki, Rusiya, ümumiyyətlə Təhlükəsizlik Şurasında olmayacaq”, – deyə Ukrayna nümayəndəsi bildirib.
Onun sözlərinə görə, Rusiya Kaxovka SES-in bəndini və aqreqatlarını minalayıb.
“Bizdə olan məlumata görə, Rusiya Federasiyası Ukraynanın cənubunda genişmiqyaslı fəlakət hazırlayır… Əgər rus terrorçuları Kaxovskaya SES-i partlatsalar, Xerson da daxil olmaqla 80-dən çox yaşayış məntəqəsi, orada yaşayan yüz minlərlə insan sürətli daşqın zonasında qalacaq”, – deyə Ukraynanın daimi nümayəndəsi vurğulayıb.
Bundan əlavə, Kislitsa İranı Rusiya Federasiyasına pilotsuz təyyarələrin və hər hansı digər silahların təhvil verilməsinə görə məsuliyyətə cəlb etməyə çağırıb…
Follow @7timesaz