Ölkə

Ötən il maaşlara 22,2 milyard manat xərclənib – Daha çox pul bu sahələrdə ayrılıb

Ötən il maaşlara 22,2 milyard manat xərclənib – Daha çox pul bu sahələrdə ayrılıbbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda son 5 ildə əmək ödənişlərinə xərclənən vəsaitin ölkədə yaradılan əlavə dəyərdə payı 19 faizdən 26 faizə yüksəlib.

7Times.az  rəsmi məlumatlara istinadən xəbər verir ki, 2017-ci ildə əmək ödənişinə 12,66 milyard manat xərclənmişdi.

Ötən il əməyin ödənişi üçün xərclənən pulun məbləği isə 22,2 milyard manata çatıb. Əmək haqqı üçün ən çox vəsait dövlət idarəetməsi və müdafiə; sosial təminat sahələrində ayrılıb. Ötən il bu sahələr üzrə maaş ödənişlərinə 2,986 milyard manat xərclənib. Təhsil işçilərinə maaşlar üçün 2,78 milyard manat, ticarət sahəsində çalışanlara 2,673 milyard manat xərclənib. Tikintidə çalışanlar 1,83 milyard manat, mədənçıxarma sənayesində çalışanlar 1,8 milyard manat, emal sənayesində çalışanlar 1,61 milyard manat əmək haqqı alıb. Son illərdə əmək haqqı xərclərinin artması əmək münasibətlərinin şəffaflaşması və maaşlardakı artımla bağlıdır.Qeyd edək ki, əmək ödənişi xərclərinin ölkədə yaradılan əlavə dəyərdə payı inkişaf etmiş ölkələrdə daha yüksəkdir. Həmin ölkələrdə yaranan dəyərin 50, hətta 60 faizi maaşlara sərf edilir. Buna görə də Azərbaycanda əmək haqqı xərclərində daha böyük artım potensialı var.