Ölkə

Banklardan kənarda nə qədər pul var?  STATİSTİKA

Banklardan kənarda nə qədər pul var? – STATİSTİKAbackend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda banklardan kənarda 12,301 milyard manatdan çox nağd pul var. 

7Times.az  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu ilin əvvəlindən banklardan kənarda olan nağd pulun məbləği 1,36 milyard manat artıb.

Banklardan kənarda olan nağd pulun həcmi ümumi pul kütləsinin 30,6 faizini təşkil edir. Bu ilin əvvəlində nisbət 31,6 faiz idi. 2012-ci ildə isə nisbət 55 faizdən çox idi.
Müqayisə göstərir ki, banklardan kənarda olan nağd pulun payı azalıb.

Lakin 30 faizlik nisbət də yüksəkdir və nağd pulun payının daha çox azaldılması imkanı var.

Banklardan kənarda olan nağd pulun azaldılması üçün nağdsız ödənişlərin həcmi artırılmalıdır.