Aktual

Deputat: “Bu gün Azərbaycanda İran təfəkkürlü insanlar var”

Deputat: “Bu gün Azərbaycanda İran təfəkkürlü insanlar var”backend
  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün Azərbaycanda İran təfəkkürlü insanlar var və biz dini təhlükəsizliyimizi təmin etmək üçün də addımlar atmalıyıq”.

Bunu “7Times.az“a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, dünyada azərbaycanlıların “Vahid Azərbaycan” ideyası ətrafında birləşməsi üçün müvafiq işlər görülməlidir. O bildirib ki, qarşıdakı dövrdə təhlükələrlə üzləşməmək üçün indidən iş aparılmalıdır.

Milli təəssübkeşlik məsələsinin çox önəmli olduğunu xatırladan deputat vurğulayıb ki, bu gün Azərbaycan cəmiyyətində güclü maarifləndirmə işlərinin aparılmasına ehtiyac var: “Dövlətin bu istiqamətdə güclü iradəsi mövcuddur”.

7Times.az